Azərbaycanda külli miqdarda borcu olan direktor müavini özünü yandırdı

Azərbaycanda külli miqdarda borcu olan direktor müavini özünü yandırdı
Hadisə 2709

Neftçala sakini özünü yandırıb. BAKU.WS-in məlumatına görə, Neftçala şəhər polis şöbəsindən APA-ya bildirilib ki, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər