Təhsil Nazirliyi rüşvət qalmaqalını araşdırır - AÇIQLAMA
15
may
2018
15:16
Təhsil Nazirliyi Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevin məktəb direktorunun ondan pul tələb etməsi səbəbilə dərsləri boykot etməsini və Lənkəran rayonu Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadənin rayon məktəblərində müəllimlərə edilən təzyiqlərdən şikayətlənməsinin əsaslarını araşdırır.Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında belə deyib.C.Valehov bildirib ki, bu və ya bu kimi məlumatlar Təhsil Nazirliyinin Analitik şöbəsinə daxil olur və hər bir neqativ hal araşdırılır. Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyevin iddiaları hazırda araşdırılır. Lazımi tədbirlər görüləcək. Məsələ ilə bağlı təqsirkar şəxs olarsa, cəzalandırılacaq. Araşdırmanın nəticəsi barədə mətbuata məlumat veriləcək.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Azərbaycan məktəblərində rüşvət QALMAQALI böyüyür
“Kütləvi şəkildə müəllimlər yerli təhsil idarəçilərindən, məktəb rəhbərlərindən şikayətlənir. Bunu xüsusən təhsil qruplarında və müəllimlərin statuslarında açıq...