Təhsil Nazirliyi həbs edilən şəxs barədə: "Əməkdaşımız olmayıb"
24
okt
2017
17:50
Təhsil Nazirliyi əməkdaşının həbs olunması barədə olan xəbərləri təkzib edib.Trend-in məlumatına görə, qurumun sektor müdiri Cəsarət Valehov qeyd edib ki, Təhsil Nazirliyi Aparatının nəinki indi, heç vaxt bu adda qadın əməkdaşı olmayıb:"Xəbər yayılıb ki, Təhsil Nazirliyinin qadın əməkdaşı həbs olundu. Özü də istinadsız, sorğusuz və indiki zaman formasında. Ancaq tam məsuliyyətlə bildiririk ki, Təhsil Nazirliyi aparatının nəinki indi, heç vaxt bu adda məsul və ya qeyri-məsul qadın əməkdaşı olmayıb".Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Təhsil Nazirliyinin dələduzluqda təqsirləndirilən keçmiş məsul işçisi Aytəkin Bağırova məhkəmə zalında həbs olunub. O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
Təhsil Nazirliyinin həbs olun keçmiş işçisi 1 yaşlı övladı ilə həbsxanaya göndərildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırova...