Bakı metrosunda Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək

Bakı metrosunda Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək
Şou-biznes 990

Dekabrın 28-də "28 May” metrostansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, bu il də Şaxta baba və Qar qız metronun stansiyalarında sərnişinlərlə görüşəcək, metronun kiçik sərnişinləri olan uşaqlara müxtəlif hədiyyələr bəxş edəcək, sərnişinlərin şikayət və təkliflərini dinləyəcəklər.

N.Paşayev qeyd edib ki, sosial aksiya dekabrın 29-da da keçiriləcək. Əsas məqsəd insanları təbrik etmək, onlara xoş əhval-ruhiyyə yaratmaqdır. Artıq "Elmlər Akademiyası”, "Memar Əcəmi”, "Koroğlu”, "İçərişəhər” və "28 May” metro stansiyalarında böyük yolkalar qurulub.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Bakıda Şaxta babaların sayı azaldı: cəmi 6 nəfər

Bakıda Şaxta babaların sayı azaldı: cəmi 6 nəfər

Bakıda Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı ildən-ilə azalır. Bu il cəmi 6 nəfərə Şaxta baba və Qar qız fəaliyyəti üçün icazə verilib. Bakı Şəhər İcra...

1152 Şou-biznes 15:56 19 dekabr 2016

Son xəbərlər