Cəbhədəki vəziyyətlə bağlı Bakı metrosunda nəzarət gücləndi

Cəbhədəki vəziyyətlə bağlı Bakı metrosunda nəzarət gücləndi
Sosial 1156

 

Bakıda metro stansiyalarında polis nəzarəti gücləndirilib.

Trend-in məlumatına görə, metronun bütün stansiyaları polis tərəfindən ciddi mühafizə edilməyə başlayıb. Metro stansiyasına daxil olan bütün sərnişinlər xüsusi qurğularla fərdi halda ciddi yoxlanılandan sonra stansiyalara buraxılır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib: "İndi metro stanasiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib".

BAKU.WS

Oxşar xəbərlər

"Bakı Metropoliteni" işçi axtarır

"Bakı Metropoliteni" işçi axtarır

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti "Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Metropolitenin mətbua...

3951 Sosial 18:01 25 fevral 2016

Son xəbərlər