Metro sərnişinlərinin nəzərinə

Metro sərnişinlərinin nəzərinə
Sosial 1516

Bu gündən etibatrən Bakı Metropolitenində istifadə edilən "Metrokart”lar tamam ləğv edilir.

BAKU.WS-in məlumatına görə, artıq köhnə metrokartlarının istifadə müddəti bitdiyi üçün bu gündən onlardan istifadə etmək mümkün olmayacaq.

Bundan sonra metrodan ancaq vahid ödəniş kartının tədbiqinə başlayır. Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə ediləcək. Xatırladaq ki, ilk mərhələdə bu kartlardan "BakuBUS" və Bakı metro stansiyalarında ödəniş üçün istifadəsi nəzərdə tutulub. Kartları bütün stansiyaların vestibüllərində və "BakuBUS" MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış terminallardan almaq mümkün olacaq. Plastik kartın qiyməti 2 manatdır, 1 gediş haqqı 20 qəpikdir. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür. Yeni kartlarla ödəniş terminalları da dəyişir. "BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub. Ziya Səccad BAKU.WS 

Oxşar xəbərlər

Yeni avtobuslar istifadəyə verildi (FOTO)

Yeni avtobuslar istifadəyə verildi (FOTO)

"BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib. BAKU.WS-in "Report”a istin...

2680 Sosial 11:29 06 sentyabr 2015

Son xəbərlər