Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi (SİYAHI)

Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi (SİYAHI)
Sosial 2381

"Baku-Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli – "Azadlıq” metro st. – Ak.H.Əliyev küç. – Tbilisi prospekti – Lider televiziyası – "Elmlər Akademiyası” metro st. – "İçərişəhər” metro st. – 20-ci sahə olacaq.

8 saylı marşrut avtobusu: "Azadlıq” metro st.dan – Səməd Vurğun küçəsi – Heydər Əliyev sarayı – "28 may” metro stansiyasına qədər hərəkət edəcək.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı – "Elmlər Akademiyası” metro st. – "Koroğlu” parkı – "Gənclik” metro st. – "N.Nərimanov” metro st. – Montin bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Oktyabrın 1-dən bəzi avtobuslar bağlanır

Oktyabrın 1-dən bəzi avtobuslar bağlanır

Oktyabrın 1-dən etibarən Bakı şəhərində bir çox sərnişin avtobuslarının xətti yenidən dəyişdiriləcək. BAKU.WS-in məlumatına görə, gələn aydan etibarən paytaxtd...

2174 Sosial 11:17 22 sentyabr 2015

Son xəbərlər