Bakıda Şaxta babaların sayı azaldı: cəmi 6 nəfər
Bakıda Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı ildən-ilə azalır. Bu il cəmi 6 nəfərə Şaxta baba və Qar qız fəaliyyəti üçün icazə verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov virtualaz.org saytına bildirib ki, onlar dekabrın 20-dən yanvarın 13-dək park və ya meydanlarda xidmət göstərə biləcəklər. Şaxta baba olmaq üçün dövlət rüsumu 60 manatdır. "Ötən il 14, 2014-cü ildə isə 50-dək müraciət daxil olmuşdu. Amma bu il müraciət edənlərin sayı azalıb”, - Ə.Bağırov deyib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Şaxta babaların yalnız paytaxtın park və meydanlarında xidmət göstərməsinə icazə verir.
Bu il şəhərin baş yolkası Bakı Bulvarının ərazisində quraşdırılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu: Şaxta kəskinləşəcək
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sər...