Bakıda saxta pul satan şəxsi tutdular
20
yan
2016
14:49
Saxta əsginas satan Bakı şəhəri sakini saxlanılıb.
Belə ki, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satmasını bildirib.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılib. İ.Qasımovdan 5000 rubl saxta əskinas götürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qanunsuz dollar satan 11 nəfəri tutdular
Azərbaycanda 11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməl...