Bakı Metropolitenindən 6 yaşlı sərnişinlərə sürpriz (FOTO)

Bakı Metropolitenindən 6 yaşlı sərnişinlərə sürpriz (FOTO)
Sosial 1199

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 15 sentyabr-Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirib.

BAKU.WS xəbər verir ki, bu gün metronun Elmlər Akademiyasının təmirdən sonra istifadəyə verilən əsas çıxışında bu münasibətlə tədbir reallaşıb.

Tədbirdə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və xidmət şöbəsinin rəisi Lalə Babayeva iştirak edib.

N.Paşayev öncə jurnalistlərə Elmlər Akademiyasının təmirdən sonrakı vəziyyəti ilə bağlı məlumat verib:

"Elmlər Akademiyasının əsas girişi bu ilin aprel ayından etibarən təmirə bağlanmışdı. Bu müddət ərzində istifadə müddətini başa vurmuş hər 3 eskalator yenisi, müasiri ilə əvəz olunub. Həmçinin vestibüldə arxitekturasına toxunulmadan - təmir işləri aparılıb. Çilçıraqlar və mərmər üzlüklər yenilənib. Eyni zamanda, ventilyasiya sistemi quraşdırılıb. Kassaların altına istilik sistemi yerləşdirilib. Yeniliklərdən biri də görmə əngəlli insanlar üçün xüsusi sarı zolağın salınmasıdır”. 

Daha sonra isə metropoliten işçiləri Elmlər Akademiyası stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatı haqqında olub. 

Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları tərəfinfən hədiyyələr təqdim edilib.

"Bakı Metropoliteni” qapalı səhmdar cəmiyyətinini mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları Bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.

Tədbirdən olan fotoları oxucularımıza təqdim edirik:

Aytən.H

BAKU.WS

 

Oxşar xəbərlər

"Elmlər Akademiyası" stansiyasının əsas vestibülü istifadəyə verildi - FOTO

"Elmlər Akademiyası" stansiyasının əsas vestibülü istifadəyə verildi - FOTO

Metronun "Elmlər Akademiyası" stansiyasının əsas vestibülü beş aylıq təmir və yenidənqurma işlərindən sonra sərnişinlərin istifadəsinə verilib. "Bakı Metropoli...

1446 Sosial 12:28 15 sentyabr 2016

Son xəbərlər