Bakıda Şaxta baba və Qar qız tapmaq çətin olacaq - VİDEO
15
dek
2017
23:12
Son 5 ildə Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı 90 faiz azalıb. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov müraciət edənlərin sayının artacağına ümid edir. Çünki qəbul dekabrın 25-də başa çatacaq. Deportament rəhbərinin sözlərinə görə, azalma fotoqraf kimi müraciət edənlərin olmaması ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın əsas gəliri fotoqrafın çəkdiyi şəkillər hesab olunur. Hər il dekabr ayının 2-cı yarısından etibarən paytaxtda Şaxta baba və Qar qızı görməyə alışanlar, bayram ab-havası üçün onların vazkeçilməz simvollar olduğunu bildirirlər. Qeyd edək ki, müraciət edənlər şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışı təqdim etməklə yanaşı 60 manat dövlət rüsumu da ödəməlidir. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda şirkət reklamda rəqibini itə oxşatdı: Maxi, ağıllı ol! (VİDEO)
Azərbaycanda fəaliyyət göstərən iki şirkət arasındakı rəqabət reklam çarxlarında təhqirə keçib. BAKU.WS-in məlumatına görə, İrşad Electronics şirkəti tərəfindən...