SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmazın Ləcət kəndində tövlədə yaşayan ailənin vəziyyəti hər kəsi dəhşətə gətirib.

BAKU.WS xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramının tamaşaçıların müraciətilə tapıb üzə çıxardığı ailə altı uşaqlıdır, üstəlik də ana əkiz uşağa hamilədir. 

Azər və Qızxanım cütlüyünü vasitəçiliklə evləndiriblər. Məsələ burasındadır ki, dörd qız və iki oğul atası olan qadın puhi xəstədir, ata isə olduqca məsuliyyətsiz və içki aludəçisidir. Dövlət tərəfindən ailəyə sosial yardım verilir, lakin kişi həmin pulu içkiyə xərcləyib.

Aylarla çimməyən uşaqları bit-sirkə basıb. Şaxtada torpağın üstündə yatırlar. Çəkiliş zamanı azyaşlı uşaqlar soyuqdan tir-tir əsdiyinin şahidi oluruq. Uşaqlar yaşlarını belə bilmirlər.

Uşaqlar Mehriban Zeynalovanın "Təmiz dünya" sığınacağına yerləşdirilib. Elgiz Əkbər uşaqların internata yerləşdirilməsinin vacibliyini bildirib.

Onların yaşadığı evin görüntüləri, yaşayış tərzləri efirdə nümayiş olunarkən hər kəs dəhşətə gəlib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO