Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO

Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO
Sosial 3382
Azərbaycanda altı uşaqlı ailə kasıbçılıq üzündən uşaqlarını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına atıb.BAKU.WS xəbər veri ki, İctimai Birliyinin sədri Mehriban Zeynalova sözügedən uşaqların sığınacağa ana tərəfindən gətirildiyini bildirib:"Altı uşaqlı ana əvvəlcə dörd uşağını sığınacağa qoyub getdi və artıq onlara baxa bilmədiyini dedi. Sonra uşaqların beşini dövlət müəssisəsinə yerləşdirmək istədiyini bildirdi. Valideynlər uzun müddətdir ki, uşaqların internata yerləşdirilməsilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət ediblər". Ana erkən nikah qurbanıdır və altı uşaq dünyaya gətirib. Cütlük artıq boşanıb. Uşaqlardan birini - 3 yaşlını ata öz himayəsinə götürüb. 6 aylıq uşaq isə ananın himayəsindədir. Zeynalova uşaqların uşaq evinə yerləşdirilməsinə atanın da razılıq verdiyini deyir: "Ana uşaqların beşini də sığınacağa gətirmişdi. Sonuncu çox balaca olduğu üçün qəbul edə bilmədik. Ata da razılıq verib, yalnız 3 yaşlı uşaqdan başqa. Səbəb də onu daha çox sevməsidir. Ədalətinə şükür İlahi! O biri uşaqların nə düşünməsi valideynlərə maraqlı deyil. Ana mənə bildirdi ki, uşaqların internata köçürülməsilə bağlı əlində sərəncam var. Həmin sərəncamı bizə gətirdikdən sonra onları uşaq evinə köçürəcəyik. Onu da qeyd edim ki, uşaqlar sığınacağa gətirilən zaman baxımsız idilər".Plansız şəkildə dünyaya uşaq gətirən məsuliyyətsiz valideynlərin səhvi üzündən atalı-analı uşaqlar kimsəsiz uşaqlar kimi ata-ana qayğısından məhrum şəraitdə böyüyəcəkləri acınacaqlı haldır ki... "Təmiz Dünya" sığınacağına atılan uşaqlardan dördünün fotosu
Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər