Bakıda imkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi

Bakıda imkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi
Sosial 4227

 

Bakıda kimsəsiz və imkansız uşaqlar üçün pulsuz təhsil ala biləcəkləri sığınacaq açılır. 

BAKU.WS-in məlumatına görə, bu təşəbbüs Zirvə Ziyalılar Təşkilatı (ZZT) tərəfindən edilib. QHT-nin rəsmisi Fatimə Babayevanın sözlərinə görə, artıq sığınacaqda tamamlama işləri görülür və yaxın günlərdə kimsəsiz və imkansız uşaqlar üçün hər cür şəraitlə təmin edilən məkan tam hazır olacaq.

QHT rəsmisi sığınacağın 3-cü mikrorayon ərazisində 3 mərtəbəli villalardan birində fəaliyyətə başlayacağını söyləyib: "Mənzili bizə adının açıqlanmasını istəməyən imkanlı bir şəxs təqdim edib. Burada biz kimsəsiz və imkansız uşaqların pulsuz təhsil alması və zəruri ehtiyaclarının qarşılanması üçün çalışacağıq. İnsanlardan bu cür uşaqların sığınacağımıza yönləndirilməsini xahiş edirik. Küçədə kimsəsiz uşağ görsəniz maraqlanın və bizə bildirin. Bu soyuqda küçələrdə uşaqlar qalmasın, xüsusilə də qız uşaqları".

Fatimə Babayeva onu da bildirib ki, sığınacağa könüllü müəllimlər də axtarılır. Uşaqlara pulsuz təhsil vermək istəyənlər sığınacaqla əlaqə saxlaya bilərlər. QHT rəsmisinin sözlərinə görə, sığınacaq insanların yardımları ilə fəaliyət göstərəcək. 

Kimsəsiz və imkansız uşaqların yaşaması və təhsil ala bilməsi üçün yardım etmək istəyənlər Fatimə Babayeva ilə əlaqə (0558837063) saxlaya bilərlər. 

Şahin Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

İŞİD-çi uşaqlar əsirləri öldürməklə oyun oynayırlar (VİDEO+18)

İŞİD-çi uşaqlar əsirləri öldürməklə oyun oynayırlar (VİDEO+18)

İŞİD terrorçuları vəhşilikləri təbliğ etməkdə davam edirlər. BAKU.WS-in məlumatına görə, bu dəfə İŞİD-çilər azyaşlı uşaqların terrorçu kimi hazırlanma prosesin...

1539 Hadisə 10:58 04 dekabr 2015

Son xəbərlər