Bakıda zibillikdən 100 kq pul tapıldı (FOTO)
"Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.
Bu barədə BAKU.WS-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.
Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib.
BMTÇZ-nin fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir. Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi. Onlar tullantıların arasından götürülərək aidiyyəti üzrə təhvil verilir və ya istifadə olunur.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qara tüstü həyəcan yaşatdı (VİDEO)
Bakınınm Yasamal rayonunda yanğın qeydə alınıb. BAKU.WS-in məluimatına görə, bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar. Əzizə İsmayılova adlı istifadəçi...