Küçədən tapılan üç azyaşlının atası üzə çıxdı, ana isə... - VİDEO

Bakıda metronun "28 May" stansiyası ərazisinə atılan azyaşlıların atası tapılıb.
BAKU.WS xəbər verir ki, ata "Elgizlə izlə" proqramında övladlarına qovuşub.
Küçələrdə səfil həyatı yaşayan Namiq həyat yoldaşı İlahənin Maştağadakı ruhi dispanserə yerləşdirildiyini bildirib.
Aparıcı Elgiz Əkbər ataya məsuliyyətsiz olduğunu üçün uşaqların ondan alınaraq dövlət müəissəsinə veriləcəyini xəbər verib. Bu sözdən sonra atanı uşaqlarla görüşdürüblər. Ata göz yaşları ilə azyaşlı körpələrinə sarılıb.
Qeyd edək ki, azyaşlılar polis tərəfindən tapılaraq Mehriban Zeynalovanın sədri olduğu "Təmiz dünya" İB-nin sığınacağına yerləşdirilib.
Oxşar xəbərlər
Küçəyə atılan uşaqların atası tapıldı – VİDEO
Ötən gün bir qadının uşaqlarını dayənin yanında qoyaraq getməsi barədə xəbər vermişdik. BAKU.WS-in məlumatın a görə, xəbər yayıldıqdan sonra həmin uşaqların qoh...
