"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoruna hökm oxunub
"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovaya 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, Havvaxanım Rüstəmovaya 3 il dövlət qulluğunda vəzifə tutmaqdan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.
Eləcə də onun barəsində seçilən ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub.
Həmçinin iclasda dövlət ittihamçısı çıxış edərək onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Havvaxanım Rüstəmova 2024-cü ilin iyulunda saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb.
Cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. "Moon Kids" uşaq bağçasının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.
Oxşar xəbərlər
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Əraz...