"Azərkimya" istehsal gücündən 85%-dən çox istifadə edəcək

Azərkimya istehsal gücündən 85%-dən çox istifadə edəcək
İqtisadiyyat 28

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85%-dən çox olacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə müəssisəyə təşkil olunan media-tur zamanı məlumat verilib. Qeyd olunub ki, "Azərkimya" ötən il istehsal gücünün 86%-dən istifadə edib.

Müəssisədə ekoloji layihələr də həyata keçirilir. Əsas istiqamətlərdən biri istehsal zamanı ayrılan karbon qazının tutularaq təkrar xammal kimi, o cümlədən karbamid istehsalında istifadə edilməsidir.

Bundan başqa, "Azərkimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometrlik boru xətti ilə texnoloji proses zamanı yaranan qazların geri qəbul edilərək yenidən istehsalata yönəldilməsi təmin olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər