Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ
Dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Nahid Şəmşirova 6 il müddətinə azadlıqdan məhrumetmə təyin olunub, lakin onun cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Xatırladaq ki, prokuror Nahid Şəmşirovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini postunu tutan Cavid Qurbanovun əmisioğludur.
Oxşar xəbərlər
Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: "Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?"
Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdə 5 "Ç" sinfində oxuyan şagirdlərlə bağlı narazılıq yaranıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"n...