Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb
Londonun ICE birjasında noyabr ayı üzrə tədarükü nəzərdə tutulan Brent markalı neft fyuçerslərinin qiyməti 3,5%-dən çox artaraq bir barel üçün 109 dollardan yuxarı qalxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri göstərir.
Bakı vaxtı ilə saat 21:19-a olan məlumata görə, Brent markalı neftin qiyməti 3,38% artaraq bir barel üçün 109,25 dollar təşkil edib.
Saat 21:26-da Brent markalı neftin qiyməti artımını sürətləndirərək bir barel üçün 109,39 dollara yüksəlib (+3,51%).
Eyni zamanda, oktyabr ayı üzrə tədarükü nəzərdə tutulan WTI markalı neft fyuçerslərinin qiyməti 5,29% artaraq bir barel üçün 106,75 dollara çatıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10 ölkəyə ümumilikdə 14 milyon 677 min 952 ton xam neft ixrac edib. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük K...