Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir"
ABŞ-nin orbitə silahlı sistemlər yerləşdirdiyini rəsmən açıqlaması Rusiyanın sərt reaksiyasına səbəb olub. Moskva Vaşinqtonu kosmosda silahlı qarşıdurmanın dağıdıcı nəticələrini nəzərə almamaqda ittiham edib.
BAKU.WS xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın şəxsi maraqları naminə bəşəriyyətin gələcəyini riskə atdığını bildirib.
Zaxarova Rusiyanın kosmosda silahların tamamilə qadağan edilməsi ilə bağlı BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim edəcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynk daha əvvəl ABŞ qüvvələrini düşmən fəaliyyətlərindən qorumaq məqsədilə orbitə "kosmosa nəzarət silahları" yerləşdirildiyini təsdiqləyib.
Mütəxəssislər bu sistemlərin düşmən peyklərinin rabitəsini kəsmək üçün radio maneələri, elektron müharibə platformaları və ya peykləri hədəf alan "ovçu" sistemlər ola biləcəyini ehtimal edirlər.
Hərbi analitiklər ABŞ-ın bu addımını orbitdə hərbi imkanlarını genişləndirən Çinin texnoloji inkişafına qarşı siyasi mesaj kimi qiymətləndirirlər.
Rusiya və Çinin də uzun müddətdir peyk əleyhinə texnologiyalar, peyklərə yaxın məsafədə manevr edə bilən sistemlər və peyk "ovçuları" üzərində sınaqlar apardığı bildirilir.
Oxşar xəbərlər
Hüceyrələrin erkən qocalması 55 yaşadək xərçəng riskini 15%-dək artıra bilər
Yeni beynəlxalq araşdırmaya görə, 55 yaşdan aşağı insanlarda son illərdə artan xərçəng hallarının səbəblərindən biri hüceyrələrin təqvim yaşından daha sürətli q...