Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: "Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?"

Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?
Foto
Hadisə 36

Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdə 5 "Ç" sinfində oxuyan şagirdlərlə bağlı narazılıq yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Valideynlərin sözlərinə görə, yeni tədris ilinin başlamasına baxmayaraq, şagirdlərə normal sinif otağı ayrılmayıb. Valideyn komitəsinin məsələ ilə bağlı məktəb rəhbərliyinə dəfələrlə müraciət etdiyi, lakin problemin həll olunmadığı bildirilir.

İddialara görə, şagirdlər dərs zamanı məktəbin padvalına göndərilir, hətta partaların daşınmasında iştirak etməli olurlar.

Valideynlər sinif otağının şəraitindən də narazıdırlar. Onların sözlərinə görə, otaqda hava çatışmazlığı, nəmişlik və rütubət problemi var. Pəncərələrin açılmasının da mümkün olmadığı iddia edilir.

"Biz övladlarımızı təhsil almağa göndəririk, fəhləlik etməyə yox. Uşaqları parta daşımağa göndərmək düzgün deyil. Havasız və rütubətli şəraitdə onların səhhətinin təhlükə altına düşməsindən narahatıq. Qış aylarında vəziyyətin necə olacağını təsəvvür etmək belə çətindir", - valideyn bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər