Rusiyada isti hava dalğaları daha da güclənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada təhlükəli meteoroloji hadisələrin tezliyi artır. Ölkədə güclü yağıntılar, fırtınalı küləklər və anomal istilər daha çox müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "Təbiət və insanlar" fondunun baş direktoru, alim Sergey Rıbakov RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ekstremal hava hadisələrinin artmasının əsas səbəbi qlobal istiləşmədir. Bu proses atmosferdə istixana qazlarının konsentrasiyasını artıran fosil yanacaqların yandırılması ilə daha da sürətlənir.
Rıbakov qeyd edib ki, Rusiya üçün yüksək temperaturdan daha böyük təhlükəni güclü yağıntılar və küləklər yaradır. İsti hava dalğaları güclənsə də, temperatur artımı cəmi bir neçə dərəcə təşkil edir. Bununla belə, belə hadisələrin tezliyinin hər il artacağı gözlənilir.
Alimə görə, qlobal istiləşmənin əsas mənfi nəticələrindən biri məhz təhlükəli hava hadisələrinin daha tez-tez baş verməsidir.
Oxşar xəbərlər
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
İran Hörmüz boğazının açılması ilə bağlı iki günlük plan üzrə vasitəçilərlə danışıqları davam etdirsə də, hələlik yekun razılıq əldə olunmayıb. BAKU.WS xəbər ve...