Gürcüstan 80-ə yaxın əcnəbini deportasiya edib, aralarında Azərbaycan vətəndaşları da var
Gürcüstanda 78 əcnəbi vətəndaş ölkədən çıxarılıb, onların arasında Azərbaycan vətəndaşları da var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Gürcüstan DİN-in Miqrasiya Departamentinin əməkdaşları qurumun müvafiq bölmələri ilə birlikdə son günlərdə kompleks tədbirlər həyata keçiriblər və bunun nəticəsində Hindistan, Türkiyə, Misir, Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarus, Pakistan, Özbəkistan, Banqladeş, Qırğızıstan, Efiopiya, İordaniya, Şri-Lanka və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıb.
"Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə daxil olması qadağandır", - qurumdan bildirilib.
Oxşar xəbərlər
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Əraz...