Bakıda supermarketdən turşu aldı: İÇİNDƏN GÖRÜN NƏ ÇIXDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.
Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.
İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.
Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu müşahidə edilir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Həmçinin məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sənaye müəssisəsi və kommunal infrastruktur obyekti zərər...