Faiq Ağayev: "Anam yanımda olanda canımı tapşırdım"
"Allah heç bir insana onu qismət eləməsin və heç bir valideynə o həyəcanı keçirtməyi qismət eləməsin. Sonra mənə həkimlər danışdı ki, elə anam yanımda olarkən mən canımı tapşırdım və həkimləri anam çağırıb. Heç bir təşvişə düşməyib, heç bir panika yaşamayıb, sakitcə dayanıb. Hətta anamı palatadan çıxartmaq istəyiblər ki, siz indi bizə mane olarsınız. Deyib "Narahat olmayın, onu dünyaya mən gətirmişəm, mən bilirəm nə eləmək lazımdır".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev deyib.
"Xəzər axşamı" verilişinə qonaq olan ifaçı keçirdiyi kliniki ölümdən danışıb. 55 yaşlı sənətçi bu günə qədər 3 dəfə kliniki ölüm keçirdiyini, bu səbəbdən həyatı, yaşamağı çox sevdiyini, lakin ölümdən qormadığını etiraf edib:
"Sonuncusu məlum hadisədir, barədə danışmaq istəmirəm. Bir dəfə də 1996-cı ildə burnumu əməliyyat edirdilər. Mən masada ölmüşəm. Klinik ölüm keçirtdim və xeyli sonradan özümə gəldim. Mən üç dəfə bu həyatda klinik ölüm keçirtmişəm, ona görə bir, yaşamağı çox sevirəm, ölümdən isə qorxmuram!"
Ətraflı videoda:
Oxşar xəbərlər
Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi
Bu il birinci sinifə qədəm qoyan birincilər arasında Əməkdar artist Könül Kərimovanın nəvəsi Dəniz də var. BAKU.WS xəbər verir ki, bu barədə Kərimova sosial şə...