Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır
2022/2028-ci illəri əhatə edən xaricdə təhsil proqramı üzrə Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik günü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin gənclər Türkiyənin 11 aparıcı universitetində təhsil alırlar:
"Hazırda gənclərimiz Türkiyədə bakalavr və magistr üzrə təhsil alır. 2007/2015-ci illərdə isə 327 gənc Türkiyənin 20 aparıcı universitetində təhsil alıb".
Nazir müavini həmçinin bildirib ki, TAU-da texnologiya sahəsində ixtisaslar da ön plandadır:
"Dünyada 4 milyondan çox robot, 600 mindən çox robortlaşdırılmış sistemlər mövcuddur. Buna hazır olmaq lazımdır. Bu səbəbdən müasir texnologiyaların inkişafı, süni intellektlə bağlı ixtisaslara xüsusi üstünlük verilir".
Oxşar xəbərlər
Yol polislərimiz Belarusda qalib oldular
Belarus Respublikasının Mogilyov şəhərində keçirilən yol-patrul xidməti əməkdaşları arasında peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində Azə...