Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir"

Ailə qorxu içində: Burada necə yaşadığımızı bir Allah bilir
Video
Sosial 23

Lerikin ucqar dağ kəndi olan Bradinin sakini Qədir Qurbanovun ailəsi illərdir qəzalı vəziyyətə düşən evdə yaşayır.

Onun sözlərinə görə, ev 1970-ci ildə tikilib. 2012-ci ildə güclü külək nəticəsində damın uçmasından sonra yaşayış evi qəzalı vəziyyətə düşüb.

"Evimin qəzalı vəziyyətdə olmağı ilə bağlı aidiyyəti qurumlara illərdir müraciət edirəm. Amma səsimi eşidən yoxdur", - deyə şikayətçi bildirib.

Q.Qurbanov qeyd edib ki, ailənin maddi vəziyyəti ağırdır və təsərrüfatından da gəlir əldə edə bilmir.

Ailə başçısı bildirib ki, evin döşəməsi tamamilə çürüyüb. Bu səbəbdən evdə hərəkət etmək belə çətinləşib.

O vurğulayıb ki, döşəmədəki boşluqlardan gecələr ilanlar və digər sürünənlər evə daxil olur:

"Gecələr buradan ilanlar, sürünənlər evin içinə girir. Dəfələrlə olub ki, tez öldürüb çıxarmışıq. Burada necə yaşadığımızı bir Allah bilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər