Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Sosial 83

Azərbaycanda abortların sayı kəskin artıb.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb.

Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.

Maraqlıdır ki, 2010-cu ildə bir milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb.

Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18.7 min təşkil edib və 23% geriləyib.

Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb.

Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib.

İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305.2 minə yüksəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq

"Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq

ADA Universitetinin təşəbbüsü ilə Azərbaycanın ilk elmi-maarifləndirici radiosu "Planet FM"də (88.7 FM) yayımlanan "Elm ADAsı" proqramı ikinci radio mövsümə qay...

41 Sosial 11:45 16 sentyabr 2026

Son xəbərlər