Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı tam orta məktəbin qarşısında küçə itlərinin çoxalması sakinlərin narazılığına səbəb olub.
Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə şikayət ediblər.
Sakinlərin sözlərinə görə, məktəbin ətrafında toplaşan sahibsiz itlər yoldan keçən insanlara, xüsusilə də şagirdlərə hürərək onları qorxudurlar. Bu isə məktəbə gedib-gələn uşaqlar və valideynlər üçün ciddi narahatlıq yaradır.
Bildirilib ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək problemin həlli istiqamətində heç bir tədbir görülməyib.
Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və məktəbin ətrafında təhlükəsizliyin təmin olunmasını xahiş edirlər.
Oxşar xəbərlər
"Etibarsız" pulu bu yolla "etibarlı" etdilər
Son günlər saxta Azərbaycan manatlarının dövriyyəyə buraxılması ilə bağlı vətəndaşlardan şikayətlər daxil olur. Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"n...