Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.
Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti".
Oxşar xəbərlər
Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir
"Ərazilərimizin azad edilməsindən sonra Azərbaycan işğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması üçün genişmiqyaslı və iddialı bərpa proqramına...