Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsümi meyvə və giləmeyvələr immun sisteminin normal fəaliyyətini dəstəkləməyə kömək edə bilər.
BAKU.WS-in məlumatına görə, bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov açıqlama verib.
Həkim qış aylarında tez-tez xəstələnən şəxslərə ilk növbədə həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edib. Onun sözlərinə görə, müayinə zamanı immun sisteminin zəifləməsinə səbəb ola biləcək problemlər müəyyənləşdirilməlidir. Bəzən bu hallar şəkərli diabet kimi gizli xəstəliklərlə də əlaqəli ola bilər.
İmmunoloq bildirib ki, müayinələr zamanı hər hansı sağlamlıq problemi aşkarlanmazsa, növbəti mərhələdə orqanizmin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülə bilər. Bu baxımdan kontrast duşun faydalı ola biləcəyini qeyd edən mütəxəssis, belə prosedura yay aylarından başlamağın daha məqsədəuyğun olduğunu vurğulayıb.
Həkim qeyd edib ki, indiyədək kontrast duşa alışmayan şəxslərin soyuq mövsümdə buna qəfil başlaması məsləhət deyil. Belə hallarda polivitaminlərdən, eləcə də təbii meyvə və giləmeyvələrdən istifadə etmək daha uyğun seçim ola bilər.
Vladislav Jemçuqov xüsusilə feyxoa meyvəsinə diqqət çəkib. O, feyxoanın şəkərlə bərabər nisbətdə qarışdırılaraq ətçəkən maşından keçirilməsini, soyuducuda saxlanılmasını və gündə iki qaşıq qəbul edilməsini tövsiyə edib. Bununla belə, qarışığın həddindən artıq istehlak edilməməsinin vacibliyini də vurğulayıb.
Qeyd edək ki, sağlam qidalanma immun sisteminin normal fəaliyyəti üçün vacib amillərdən biridir. Lakin heç bir meyvə və ya vitamin xəstəliklərdən tam qorunmağa zəmanət vermir.
Oxşar xəbərlər
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır. BAKU.WS xəbər verir ki, bunu universitetin rektoru Nurəli Yu...