Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu
15
sen
2026
17:09
Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva həlak olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib. BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata gö...