İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi

İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi
Dünya 27

Artıq ABŞ kosmik məkan üzərində nəzarəti təmin etmək üçün orbitdə silahlara malikdir.

BAKU.WS xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink verdiyi bəyanatda kosmosa silah yerləşdirildiyini bildirib.

O, orbitdəki silahın ABŞ qüvvələrini "düşmənlərin" hücumlarından qorumaq üçün zəruri olduğunu qeyd edib.

"Kosmosa nəzarət kosmos sahəsində rəqabət aparmaq və üstünlük təmin etmək üçün lazımi tapşırıq istiqamətlərini əhatə edir. Bunun üçün ehtiyac yarandıqda rəqiblərin imkanlarını pozmaq, zəiflətmək və hətta məhv etmək məqsədilə kinetik və kinetik olmayan üsullardan istifadə olunur. Bu imkanlar döyüş komandanlıqlarının göstərişlərinə uyğun olaraq hücum və müdafiə məqsədləri üçün tətbiq edilə bilər" -deyə bəyanatda bildirilib.

ABŞ Prezidenti Donald Trampın administrasiyası kosmik bazalı imkanların və tutucu raketlərin ABŞ-ni raketlərdən və digər hava təhdidlərindən qorumağı hədəfləyən "Qızıl Qübbə" müdafiə sisteminin mühüm bir hissəsi olduğunu bildirir.

Tramp ötən il ABŞ Kosmik Qüvvələrinin yalnız kosmosdakı aktivləri qoruyan bir qüvvə olmadığını, ehtiyac olduqda hücum gücünə də sahib olmalı olduğunu vurğulayan fərmanı imzalamışdı.

Fərman kosmik bazalı müdafiə və tutucu sistemlərin inkişaf etdirilməsinə yol açmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər