Aylardır qazılan yol niyə bərpa olunmur?
Bakının Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində aprel ayından aparılan qazıntı işlərinin hələ də başa çatmaması sakinlərin narazılığına səbəb olub.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, sakinlər qazıntı işləri aparıldıqdan sonra yolun əvvəlki vəziyyətinə qaytarılmadığını deyir.
Onlar bildirirlər ki, artıq iki həftədən çoxdur ərazidə hər hansı iş görülmür. Qazıntı nəticəsində avtomobil yolu daralıb, piyadaların gediş-gəlişi də çətinləşib.
Sakinlərin sözlərinə görə, günün müəyyən saatlarında ərazidə tıxaclar yaranır. Həmçinin sakinlərin iddiasına görə, qazıntı sahəsində kifayət qədər məlumatlandırıcı və xəbərdaredici lövhələr də yoxdur.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə müraciət olunub. Qurumdan bildirilib ki, Şəmsi Rəhimov küçəsində işlər dövlət proqramı çərçivəsində aparılır. Açıqlamaya görə, ərazidə ümumilikdə 180 metrlik qaz xətti yenilənir. İşlərin təxminən 150 metrlik hissəsi artıq yekunlaşıb, qalan 30 metrlik hissənin yenilənməsi isə mərhələli şəkildə həyata keçiriləcək.
Oxşar xəbərlər
Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS
Mobil nömrələrin uzun müddət istifadəsiz qalması onların bağlanmasına və daha sonra yenidən satışa çıxarılmasına səbəb ola bilər. Bu isə həmin nömrə ilə müxtəli...