AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "TAHK" MMC-nin vəzifəli şəxsi 2 000 manat, Şirvan şəhər Məhkəməsinin qərarı ilə Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Anex Lombard" MMC-nin vəzifəli şəxsi 2 000 manat, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Məcəllənin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "Azmaş lizinq" MMC 21 000 manat, onun vəzifəli şəxsi isə 3 000 manat cərimə edilib.
Oxşar xəbərlər
Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu
Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan m...