Yol polislərimiz Belarusda qalib oldular
Belarus Respublikasının Mogilyov şəhərində keçirilən yol-patrul xidməti əməkdaşları arasında peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində Azərbaycan polisləri uğura imza atıblar.
BAKU.WS xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektorları polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev müsabiqəyə dəvət olunmuş Belarus və Rusiyadan olan yol-patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüblər.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.
Bütün mərhələlər üzrə yüksək nəticə göstərən mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev birinci yeri qazanaraq yarışın qalibi olublar.
Qaliblərin təltifetmə mərasimində Belarus Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak edib.
Oxşar xəbərlər
Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır
2022/2028-ci illəri əhatə edən xaricdə təhsil proqramı üzrə Türkiyədə 197 azərbaycanlı gənc təhsil alır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və...