SOCAR zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir

SOCAR zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir
İqtisadiyyat 35

SOCAR-ın Etilen-Polietilen zavodunda il ərzində yüz minlərlə ton neft-kimya məhsulunun istehsalı həyata keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə müəssisədə təşkil olunan mediatur zamanı bildirilib.

Qeyd olunub ki, zavodun illik istehsal göstəriciləri propilen üzrə 187 min ton, etilen üzrə 190 min ton, polietilen üzrə isə 120 min ton təşkil edir.

Müəssisədə yüksək təzyiqli polietilen istehsalı üçün fəaliyyət göstərən Polimir-120 qurğusunun illik istehsal gücü 120 min tondur. Qurğuda aşağı sıxlıqlı polietilen (LDPE) istehsal edilir.

Zavodun enerji təsərrüfatında da buxar və elektrik enerjisi istehsal olunur. Burada saatda 480 ton buxar, eyni zamanda 68 meqavat elektrik enerjisi istehsal etmək mümkündür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər