Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
16
sen
2026
09:31
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və KIA markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev həyatını itirib.
Qəzada KIA-nın sərnişini, 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ağır avtoqəza - Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Asəf Asif o...