Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ildə Avropada keçiriləcək seçkilərdə seçicilərin seçiminə təsir göstərməyə çalışacağını iddia edib.
BAKU.WS xəbər verir ki, Barro "France 2" telekanalına açıqlamasında Rusiyanın son dövrlərdə Polşa, Danimarka və Litvada baş verdiyi bildirilən hadisələrdəki rolundan danışıb.
"Rusiya ilə müharibədə deyilik", - deyə fransalı nazir bildirib. O, eyni zamanda bu cür addımların Avropa ölkələrinin suverenliyini pozduğunu və Rusiyanın fəaliyyətinin qarşıdakı aylarda seçki proseslərinə yönələ biləcəyini iddia edib.
Barro Avropa İttifaqı və Fransa vətəndaşlarının əhəmiyyətli hissəsinin gələn il seçkilərdə səs verəcəyini qeyd edərək deyib: "Gələcək aylarda görəcəksiniz, Avropa İttifaqı vətəndaşlarının yarısı gələn il sandıq qarşısına gedərkən, Vladimir Putin bu və ya digər şəkildə avropalıların və fransızların seçiminə təsir göstərməyə çalışacaq".
Fransanın Ukraynaya dəstəyi səbəbindən son beş ildə Putinin əsas hədəflərindən birinə çevrildiyini iddia edən Barro Parisin Rusiyanın getdikcə intensivləşdiyini bildirdiyi fəaliyyətlərinə qarşı tədbirlər gördüyünü söyləyib.
Fransada prezident seçkilərinin ilk turunun 18 aprel 2027-ci ildə, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Barro həmçinin son günlər Avropada baş verdiyi bildirilən bir sıra hadisələrə diqqət çəkib. Bunlar arasında sentyabrın 13-də Ukrayna-Polşa sərhədinə yaxın ərazidə Rusiyaya məxsus olduğu bildirilən PUA-nın qatarı vurması, Danimarkanın Rusiya freqatından hərbi helikopterə işıq fişəngi atıldığını açıqlaması və Litva hava məkanına daxil olan PUA-nın NATO qırıcıları tərəfindən vurulması da yer alıb.
Oxşar xəbərlər
Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib
Yəmənin hökumət qüvvələri bir neçə cəbhədə "Ənsar Allah" qruplaşmasından olan husilərin mövqelərinə zərbələri intensivləşdirib. BAKU.WS "Report"a istinadən xəbə...