Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı

Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı
Dünya 60

Avropa İttifaqının (Aİ) Şengen zonasına daxil olan 9 ölkə mübahisəli Giriş-Çıxış Sisteminin (EES) tətbiqini dayandırmaq qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu ölkələr Fransa, Almaniya, Belçika, Niderland, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrədir.

Şengen zonasının sərhədlərində barmaq izi və üz tanıma sistemini məcburi edən bu yeni mexanizm aeroportlarda yaranan sıxlıq və texniki problemlər səbəbindən dondurulub.

Məqsəd sərhəd-keçid məntəqələrində sərnişin axınını nizamlı saxlamaq və xüsusilə turizm mövsümlərində yaşana biləcək nəqliyyat böhranının qarşısını almaqdır. Qeyd olunan 9 ölkə tam hazır olana qədər biyometrik məlumatların toplanmasını həyata keçirməyəcək.

Layihənin icrası texnoloji sistemlər tam problemsiz fəaliyyət göstərənədək təxirə salınır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər