Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib

Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib
Dünya 16

Yəmənin hökumət qüvvələri bir neçə cəbhədə "Ənsar Allah" qruplaşmasından olan husilərin mövqelərinə zərbələri intensivləşdirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, zərbələr Yəmənin Mərib və Taiz əyalətlərində husilərin obyektlərinə endirilib.

Qeyd olunur ki, ordunun hədəfləri arasında Moxa və Dubab şəhərləri ərazisindəki təchizat marşrutları olub.

Bundan əlavə, hərbçilər Yəmənin qərb sahili boyu da zərbələr endirməyə davam edirlər.

Xatırladaq ki, ötən həftə husilər Yəmənin hökumət qüvvələrinin mövqelərinə hücum edərək, Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı yaxınlığındakı bir sıra əraziləri nəzarətə götürüblər. Bununla paralel olaraq, husilər Səudiyyə Ərəbistanı ilə zərbə mübadiləsini davam etdirirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər