Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır.
BAKU.WS xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib.
Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanın görüntülərini paylaşıb.
Təmiz havanı almağı üstün tutan turist bu məhsul üçün 10 avro ödəyib.
Turistik bölgələrdə təqdim edilən bu cür qeyri-adi ideyalar son zamanlar səyahətçilər arasında böyük maraq doğurur.
Halştat kəndində satılan bu "təmiz hava" da satışa çıxarılan ən fərqli turist suvenirləri kimi böyük marağa səbəb olub.
Ətraflı videoda:
Oxşar xəbərlər
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı
Çinlə sərhəd yaxınlığında Nepalda baş verən dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatıb. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu...