Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada oktyabrın 31-də keçiriləcək etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkə üzrə 70 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunub.
BAKU.WS xəbər verir ki, daxili işlər naziri Laurent Nunez şənbə gününün ictimai asayiş baxımından yüksək riskli olacağını bildirib. O, bəzi radikal qrupların zorakılıq çağırışları etdiyini və mümkün iğtişaşlara qarşı sərt tədbirlər görüləcəyini vurğulayıb.
Həmkarlar ittifaqları, tələbələr və bəzi siyasi qruplar maaşların aşağı olması, yaşayış xərclərinin artması və dövlət xidmətləri ilə bağlı narazılıqlara görə aksiyalara çağırış ediblər. Noyabrın 5-də isə ölkə üzrə ümumi tətilin keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib
Rusiyanın paytaxtı Moskva istiqamətində oktyabrın 29-dan 30-na keçən gecə kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumu qeydə alınıb. BAKU.WS xəbər verir ki, Mo...