Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn Plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması müzakirə edilib.
Həmçinin Türk Dövlətləri Təşkilatı ilə ortaq hədəflər istiqamətində səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin xarici işlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.
Hakan Fidan Türkiyə Xarici İşlər Nazirliyi olaraq bundan sonra da Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini ifadə edib.
Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. BAKU.WS xəbər verir ki, bu materialları izləyərkən...