VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zamanında həyat yoldaşımdan zərbə almışam. Onda qızımın 5 yaşı var idi. Bir ara elə oldu ki, az qala mən onu itirirdim. May ay idi. Mirmövsüm Ağanı ziyarətə gedəndə qızımı orada gürzə sancdı". 

BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib.

"Günaydın Azərbaycan" proqramında iştirak edən aktrisa, qızı ölü ayağında olan zaman həyat yoldaşının ona qohumu ilə xəyanət etdiyini deyib:

"Mən 10 gün qızımla reanimasiyada qaldım. Başım övladıma qarışdı. Bu zaman isə həyat yoldaşım evimin içi ilə eşq yaşayırmış. Ondan soruşdum ki, "Niyə belə etdin?". Mənə dedi ki "Sənin başın övladımıza qarışmışdı".

Xatırladaq ki, aktrisanın həyat yoldaşı ona qardaşının arvadının bacısı ilə xəyanət edib. Daha sonra Sonaxanım Əliyeva həyat yoldaşından boşanıb.

Ətraflı videoda:

BAKU.WS
VİDEO