Yankoviç İrəvanda Ermənistan yığmasına qarşı
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətində İrəvanda Ermənistan yığmasına qarşı oynayıb.
BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 2-ci tur matçına start heyətində çıxıb və 90 dəqiqə meydanda olub.
Monteneqro səfərdə Ermənistanı 3:2 hesabı ilə məğlub edib. Yankoviç də komandasının qələbə qazandığı görüşdə iştirak edib. Monteneqro qələbə qolunu 89-cu dəqiqədə (Aleksa Latkoviç) vurub.
Bu nəticədən sonra Monteneqro 2 oyundan 6 xalla qrupun lideridir. Ermənistan isə 3 xalla 2-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Ferhat Gündoğdu və komitənin daha 6 üzvü saxlanılıb. BAKU.WS xəbər verir ki, onlar hakimlərlə bağlı...