Ronaldu Azərbaycan millisinə vurduğu qoldan danışdı - VİDEO

Ronaldu Azərbaycan millisinə vurduğu qoldan danışdı - VİDEO
Video
İdman 2498
"Mən bir dəfə də belə qol vurmuşdum".BAKU.WS-in məlumatına görə, bunu İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısından keçirdiyi ikinci top barədə danışarkən deyib. 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə "velosiped" zərbəsindən sonra top qapı tirinə dəyərək, içəri daxil olsa da, hakim bunu görməyib. Bu dəfə isə Ronaldu qolun daha möhtəşəm alındığını vurğulayıb: "Çox yüksəyə tullanaraq, zərbə endirdim və xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol vurdum. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 9-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib(Report).BAKU.WS

Son xəbərlər