"Tottenhem" "Yuventus"a məğlubiyyətdən xilas oldu, "MS" "Bazel"i darmadağın etdi (VİDEO)

14
fev
2018
08:43
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə iki görüş keçirilib. Əsas diqqətlər Turinə yönəlib. Burada ÇL-in son finalçısı “Yuventus” “Tottenhem”i qəbul edib. Meydan sahibləri matça fəal başlayıblar. İlk 9 dəqiqədə "Yuve" rəqib qapısından 2 cavabsız qol keçirsə də, sonda qələbəyə həsrət qalıb. Günün digər qarşılaşmasında isə “Bazel” İngiltərə Premyer Liqasının lideri olan “Mançester Siti” ilə üz-üzə gəlib. Rəqibinə heç bir şans tanımayan Qvardiolanın komandası cavab görüşünü formallığa çevirib - 4:0. 13 fevral Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar “Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə) 2:2 Qollar: İquain, 2 (1:0); 9-pen (2:0), Keyn, 35 (2:1), Erikssen. 72 (2:2) Qaçırılan penalti: İquain, 45+2 ("Yuventus") “Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) 0:4 Qollar: İlkay Gündoğan, 14, Silva, 18, Aquero, 23, İlkay Gündoğan, 53 14 fevral 23:45."Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) 23:45."Real" (İspaniya) - PSJ (Fransa) BAKU.WS
