"Yuventus" "Barselona" oyununun qolları (VİDEO)

Yuventus Barselona oyununun qolları (VİDEO)
Video
İdman 1673

 

Aprelin 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda İtaliyanın "Yuventus" komandası (Turin) doğma meydanda "Barselona"nı (İspaniya) qəbul edib.

Komandalar arasında sayca səkkizinci olan qarşılaşmada turinlilər 3:0 hesabı ilə qalib gəliblər.

Oyunda hesab matçın 7-ci dəqiqəsində açılıb. "Yuventus"un argentinalı legioneri Dibala cərimə meydançasına ötürmədən sonra dəqiq zərbə ilə hesabı açıb - 1:0. On beş dəqiqə sonra kataloniyalıları ək-hücumda yaxalayan "Yuventus" ikinci topu "Barselona"nın qapısından keçirib. Bu dəfə də Dibala adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqəsində isə topa başla dəqiq zərbə endirən Kyellini "Yuventus"un qələbəsini rəsmiləşdirib - 3:0. Matç bu hesabla da başa çatıb.

Beləliklə, ilk oyunda "Barselona"ya 3:0 hesabı ilə qalib gələn "Yuventus" cavab matçı üçün sərfəli nəticə əldə edib.

Qeyd edək ki, "Yuventus"-"Barselona" matçı ilə paralel keçirilməli olan "Borussiya Dortmund"-"Monako" qarşılaşması ev sahibi komandanın futbolçularını daşıyan avtobusun yaxınlığında törədilən partlayışlarla əlaqədar təxirə salınıb.

BAKU.WS

Oxşar xəbərlər

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhə...

1180 İdman 15:23 12 dekabr 2016

Son xəbərlər